Ukrayna prezidenti Pyotr Poroşenko ATƏT nümayəndələrinə ölkə ərazisində monitorinq missiyasının fəaliyyəti zamanı pilotsuz təyyarələrdən istifadə etməyə icazə verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Poroşenko qərar barədə ATƏT-in hazırkı sədri Didye Burkhalter ilə telefon danışığından sonra bildirib.
Didye Burkhalter pilotsuz təyyarələrin ölkəyə yaxın zamanda gətiriləcəyini bildirib. O həmçinin bildirib ki, atəşkəs rejiminə əməl olunmasını təmin etmək üçün Ukraynaya daha çox müfəttiş göndəriləcək.