Polşa miqrasiya böhranında Rusiyanı günahlandırmağa çalışır, lakin heç nə alınmayacaq.
Bunu rusiyalı senator Aleksey Puşkov deyib.
Onun sözlərinə görə, Varşavanın Moskva ilə Belarusla sərhəddəki vəziyyəti müzakirə etməyə hazır olması barədə bəyanatı qeyri-konstruktivdir və ölkənin dünya miqyasında statusunu yüksəltməyə yönəlib:
“Rusiyanın bununla heç bir əlaqəsi yoxdur. Beləliklə, Polşa öz hazırlığını özündə saxlaya bilər. Almaniya kansleri Angela Merkel də Moskvanı belə danışıqlara cəlb etməyə çalışırdı, amma Aleksandr Lukaşenkoya yönləndirildi. Eyni şeyi Polşaya da məsləhət görmək olar”.