Politoloq: “Kreml Brüsselin vasitəçiliyindən narahatdır”

52

“Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra Rusiya preizdenti Vladimir Putin hər iki dövlət başçısına zəng etdi. Kreml Brüsselin vasitəçiliyindən narahatdır və sülh müqvəsinin bağlanmasını yalnız Moskvanın iştirakı ilə məqbul görür”.

Elchi.az xəbər verir ki, bu fikirləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Fb hesabında bildirib.

O, qeyd edib ki, Rusiya Brüsselin vasitəçiliyindən kənar sülh müqaviləsinin bağlanmasını regionda möqelərinin zəifləməsi kimi qəbul edir:

“Ona görə də Brüssel görüşündən sonra Putin Bakı və Yerevanla əlaqələr saxlayır. Hər iki tərəfin mövqeyi ilə yaxından tanış olur. Qeyd edim ki, Moskva Brüsselin real sülh müqavilədə səmimi olduğunu bilir, Məhz həm Bakı, həm də Yerevan Brüssel formatına üstünlük verir. Rusiya tərəfi manipulyasiya və qızışdırıcı mövqe tutduğu üçün Yerevan və Bakı Rusiyanın iştirakı ilə sülh müqaviləsinin bağlanmasında səmimi olmadığının fərqindədir. Əgər, Rusiya Avropa İttifaqının təşəbbüsündən narazıdırsa, praqmatik mövqe ortaya qoyub, sülh müqaviləsinin bağlanmasına töhfə verə bilər. Amma, buna getmək istəmir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya çağırılıb. Burada Ermənistanın Brüsseldəki razılaşmaya gedib getməyəcəyini Moskva müəyyənləşdirmək istəyir. Həmçinin Ermənistanin müdafiə naziri Suren Papikyan ABŞ gedir. Görünür, N. Paşinyan Moskva və Vaşinqtonun Azərbaycanla münasibətlərin hansı istiqamətdə aparılmasında hər iki paytaxtin mövqeyini müəyyənləşdirilməyə çalışır.
Ermənistanin Moskva və Vaşinqton arasında gedib -gəlməyi Azərbaycanla sülh müqaviləsinin bağlanmasını yubada bilər, amma təxirə sala bilməz.
Ermənistan Baş naziri Nikol Paşinyan ilin axırına kimi sülh müqaviləsinin bağlanmasını qeyd etməsinə baxmayaraq növbəti manevr edir. İlk növbədə sülh müqaviləsinin bağlanması üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Yeganə