Polisin qanuni tələbinə əməl etməyən şəxs həbs olundu

34

Polisin qanuni tələbinə əməl etməyən şəxs həbs olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, BMV markalı, 99 FL 788 dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Kazımov Qəzənfər İlqar oğlu polisin qanuni tələbinə əməl etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Q.Kazımov barəsində materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 8 gün müddətində inzibati qaydada həbs edilib.