“Polis cinayətkarlıqla mübarizə aparsın, hakimiyyəti tənqid edənlərlə deyil…”

49

“Ümumiyyətlə sözə, tənqidə, müharibə əleyhinə çağırışlara, müxtəlif vətəndaş hərəkatlarında iştiraka görə və s. fəalları həbs etmək ənənəsindən yaxa qurtarmaq lazımdır….özünə demokratik hakimiyyət deyən iqtidar siyasi fəalları, tənqidçiləri, müxalifətçiləri təqib etməməlidir…inzibati həbs, cinayət işi açmaq və siyasi məhbus sayını artırmaq qəti yolverilməzdir…”.

Elchi.az xəbər verir ki, bu fikirləri iqtisadçı Nazim Bəydəmirli FB hesabında bildirib:

“Siyasi motivlərlə həbs olunanların da tez bir zamanda azadlığa buraxılması ölkəmizin faydasınadar…
Şəkildəki gənc fəalı, D18 hərəkatının sədrini də deyilənə görə müharibə əleyhinə çağırışlara görə həbs ediblər. Tezliklə azad edilməsini və belə halların bir daha təkrar olunmamasını təkidlə tövsiyyə edirəm….Polis cinayətkarlıqla mübarizə aparsın, hakimiyyəti tənqid edənlərlə deyil…
Azərbaycan Ordusuna eşq olsun, Yaşasın Azərbaycan!”.

Şayəstə