Piontkovski: Ukrayna bu raketsiz bacarmayacaq!

48

Bir həftə sonra, sentyabrın 8-də ABŞ-ın Ukraynanı HİMARS raket sistemləri (MLRS) üçün uzaqmənzilli ATACMS raketləri ilə təmin edib-etməyəcəyi məlum olacaq.

Elchi.az xəbər verir ki, bu sözləri rusiyalı publisist Andrey Piontkovski deyib.

“Sentyabrın 8-də Ostinin ev sahibliyi edəcəyi yeni Ramştayn konfransı keçiriləcək və biz orada hərbi əməliyyatların gedişi üçün əsas məsələni öyrənəcəyik: Ukraynaya uzaqmənzilli ATACMS raketləri veriləcək, ya yox? Bu, çox vacib sualdır. Çünki bu raketlər olmasa, çətin ki, yaxın aylarda – sentyabrda, oktyabrda Ukrayna ən vacib vəzifələri həll edə bilsin. Və sonra münaqişənin təbii ki, dondurulması baş verəcək”, – Piontkovski əlavə edib.

Onun sözlərinə görə, bu vəzifələrdən biri Krım körpüsünün dağıdılmasıdır və bunu uzaqmənzilli raketlərsiz həll etmək mümkün deyil.