Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı peyvənd olunduqdan sonra özünü yaxşı hiss edir.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Yaxşıdır. Bir az əvvəl onunla görüşdüm”, – deyə Peskov bildirib.
Qeyd edək ki, bir gün əvvəl rusiyalı lider “Sputnik Layt” ilə təkrar peyvənd olunduğunu bildirmişdi.