Pentaqonun sabiq rəsmisi İlham Əliyevi Bayden komandasına nümunə göstərdi

2
   Pentaqonun sabiq rəsmisi İlham Əliyevi Bayden komandasına nümunə göstərdi

ABŞ-ın keçmiş dövlət başçısı Corc Buşun hakimiyyəti dövründə Pentaqonun aparat rəhbərinin müavini olmuş Maykl Doran Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıla səfəri çərçivəsində İsrail istehsalı “Harop” pilotsuz uçuş aparatı ilə olan fotosuna münasibət bildirib. M. Doran İlham Əlieyin PUA ilə fotosunu rəsmi tvitter səhifəsində paylaşaraq yazıb:

“Niyə Azərbaycanı sevirəm? İran sərhədində qoşun toplayaraq İsraillə hərbi ittifaqını pozmasını tələb edir. Prezident İsrailin PAU -sını qucaqlayaraq cavab verir. İrana necə düzgün cavabdır. Burada Baydenin komandası üçün dərs var”.