Pensiyalar vahid indeksasiya metodu ilə ARTIRILACAQ

63

Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün pensiya təminatı sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub.

Elchi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

Planın əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti qurumlar İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyidir.

İlkin olaraq pensiya təminatı sisteminin təkmilləşdirilməsinə dair tədbirlər həyata keçiriləcək.

2023-2025-ci illərdə özəl pensiya institutlarının fəaliyyəti üçün hüquqi mühitin formalaşması; Pensiya təminatı sistemində dövlət öhdəliklərinin dəqiq çərçivəsinin müəyyən edilməsi; Bütün pensiyaların vahid indeksasiya metodu ilə artması nəzərdə tutulub.

Nəticədə dayanıqlı pensiya sisteminin formalaşması təmin ediləcək.