Paytaxt yolları BƏRBAD gündədir: “Var gücləri ilə sosial problemləri gücləndirməyə çalışırlar!”

59

“Gözünüz aydın. Bakıda sonuncu növ yerüstü sərnişin nəqliyyatı növü də ləğv olunur. Artıq avtobuslar yoxa çıxarılır. Neçə gündür ki, avtobuslar azalır”.

Elchi.az-ın məlumatına görə, bunu iqtisadçı Elçin Bayramlı FB hesabında bildirib:

“Səhər-səhər millət qalıb küçələrdə, avtobuslar yarım saatdan bir gəlir, ağzınadək dolu, dayanacaqda qapılar açılır, pilləkanda dayanmış sərnişinin kürəyinə baxırsan və qapı örtülür gedir. Hamı 1 manatlıq taksilərə hücum edir, onlar da çatdırmır. “Bolt” və “Uber” taksi göndərə bilmir, sifarişi götürən sürücü də imtina edir, gəlmir. Beləcə bircə çarə qalır, adamlar işə piyada getməlidirlər.
Qısası ölkədə gizli Gladio fəaliyyət göstərir, hökumət orqanlarında yerləşiblər, var gücləri ilə sosial problemləri gücləndirməyə, ölkəni dağıtmağa, əhalini dövlətə qarşı qaldırmağa çalışırlar. Ya dövlət bu mafiyanı ifşa edib məhv etməlidir, ya da bunlar ölkəni dağıdacaqlar. Üçüncü yol yoxdur…”.

Yeganə