“Qurban bayramında Ermənistanın Baş naziri Nikol Paşinyanla konstruktiv telefon danışığı apardıq”.
Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Səfirlərin 13-cü Konfransında bildirib.
Ərdoğan çıxışında deyib ki, Ermənistan Azərbaycan və Türkiyənin səmimi çağırışlarına cavab verməlidir. Cənubi Qafqazda yeni dönəmin başladığını söyləyən Türkiyə lideri İrəvan hakimiyyəti yaranmış fürsətdən yararlanmağa səsləyib.
“Azərbaycanla birlikdə bir çox addım atmışıq. Radikal erməni çevrələrinin sabotajına rəğmən Qafqazda daimi sülh yolunda önəmli məsafə qət etmişik. Ermənistanla xüsusi nümayəndələr səviyyəsində başlatdığımız görüşlər davam edir. Ermənistanın prosesləri doğru oxuyaraq, Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizin qısa müddətdə sabitliyə qovuşacağına inanıram”, – deyə Türkiyə Prezidenti qeyd edib.