Paşinyanın sülh açıqlaması Ermənistanı qarışdırdı – Etirazlar başladı

47

Ermənistanın baş naziri Nikol Paşinyanın sülh sazişi ilə bağlı çıxışından qəzəblənən ermənilər etiraza qalxıb.

Elchi.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Ermənistan parlamentinin binası yaxınlığına yüzlərlə etirazçı toplaşıb.

Xatırladaq ki, Paşinyan bu gün parlamentdə sülh naminə çətin qərarların məsuliyyətini öz üzərinə götürmək niyyətində olduğunu bəyan edib.

“Biz bir sənəd imzalamaq istəyirik ki, ona görə tənqid, təhqir olunacağıq, satqın adlandırılacağıq, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmağa qərar verə bilər. Əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Mən açıq deyirəm, əgər bu, təmin olunarsa, bu qərarı imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”,- Baş nazir bildirib.

Paşinyan ermənilərin etirazından sonra sosial media hesabında açıqlama yayaraq, fikirlərindən döndüyünü bəyan edib. O, narazı ermənilərin könlünü xoş etmək üçün sülh sazişini imzalamayacağını söyləyib.