“Bəzi iddialara görə, Paşinyan ABŞ qarşısında bəzi istəklərdə olub. Pelosi Vaşinqtona qayıdar – qayıtmaz ABŞ tərəfindən Azərbaycana qadağaların qoyulması üçün səy göstərəcək”.
Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov Feysbuk hesabında qeyd edib:
“İstəklər içərisində Azərbaycana silah tədarükünün uzunmüddətli dayandırılması, neft və qaz ixracına qadağa qoyulması, o cümlədən Avropa İttifaqının Azərbaycanla enerji siyasətinə limitlərin qoyulması aiddir. Bundan başqa, kəşviyyat məlumatlarının ötürülməsi, İsrailin Azərbaycanla əməkdaşlığın dayandırılması dayanır.
Əvəzində Ermənistan Rusiya təsirini tədricən aradan qaldıracaq. Paşinyan “əgər mən devrilsəm, ABŞ Qafqazı itirəcək” sətiraltı ifadələri ilə Vaşinqtonun dəstəyini qazanmaq fikrindədir”.
Yeganə