“Paşinyana təxribat planını Putin verib!”

45

Xəbər verdiyimiz kimi, sentyabrın 12-i, gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Təxribartın qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Ordumuzun şəxsi heyəti arasında itkilər var.

Baş verənlərlə bağlı Elchi.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki, sərhəddə yaşanan hadisələr Azərbaycanın yürütdüyü uğurlu xarici siaysətə kölgə salmağa xidmət edir:

“Məlumdur ki, əvvəlcə üçtərəfli görüş Moskvada planlaşdırılmışdı, Avropa İttifaqı Rusiyanı qabaqladı və Paşinyan dördüncü Brüssel görüşündən qayıtdıqdan sonra Vladivastoka getdi. Halbuki kimsə Paşinyanı ora dəvət etməmişdi, onun getməyinin əsas səbəbi Rusiyadan yeni bir təxribat planı almaq idi. Putin isə həmin görüşdə “xalqın öz müqəddəratını həl etməsi” ifadəsini təsadüfi dilə gətirməmişdi. Putin əvvəlcə Azərbaycanın ərazi bütövlüyün dəstəklədiyini demişdi, indi isə çalışdı ki, sərhəddəki təxribatların fonunda mövcud vəziyyəti dəyişsin. Bu təxribat Rusiyaya ona görə lazım idi ki, Ukraynada uğursuzluq zolağına düşüb və Rusiya həm ölkə daxilində diqqəti yayındırmaq, imperiya siyasətini həyata keçirmək üçün son 200 ildəki kimi erməni kartından istifadə etdi. Paşinyan Vladivastokdan qayıtdıqdan bir gün sonra da bu təxribatlar baş verdi”.

Azərbaycanın atamalı olduğu addımlar barədə danışan C.Nuriyev qeyd edib ki, Ali Baş Komandanımız nəyi, necə və zaman etməyin lazım olduğunu çox gözəl bilir:

“Azərbaycan mediası fəaliyyətini olduğu kimi davam etdirməlidir, mediamız çox yaxşı çalışır, bütün gecəni yatmayıblar. O cümlədən Müdafiə Nazirliyi də bu dəfə çox fəal işlədi və hər şeyə vaxtında reaksiya verdi. Azərbaycanın siyasi partiyaları, QHT-ləri bəyanat verməlidir. Çünki “Freedomhouse” kimi şərəfsiz bir təşkilat bütün Avropaya informasiyalar yayır ki, Azərbaycan Ermənistana hücum edib. ABŞ Dövlət Departamentinin isə nə olduğunu bilmədən, araşdırmadan etdiyi hərəkətlər anlaşılmazdır. Eyni zamanda Milli Məclisin üzvləri məzuniyyətdə olsalar da, bəyanatlar verməlidir. İnanıram ki, bu, belə də olacaq”.

Yeganə