Ermənistan və Azərbaycanın 1991-ci il 8 dekabr sənədi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsində razılığa gələcəyilə bağlı işarələr var.
Elchi.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında deyib.
“Qeyd olunan dialoq, eləcə də Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması əsas əhəmiyyət kəsb edəcək”, – Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistanın Baş nazirinin ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti Azərbaycanın 1919-1920-ci illər xəritəsi ilə sərhədlərin müəyyənəşməsi tələbini irəli sürdüyü haqda məlumat yaymışdı.