Paşinyan sülhməramlıların fəaliyyətindən NARAZIDIR

34

“Qarabağda atəşkəs rejiminin pozulması sülhməramlıların fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur”.

Elchi.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatının təfərrüatlarına aydınlıq gətirmək mütləqdir. Mən dəfələrlə demişəm ki, Rusiya sülhməramlılarının Qarabağda olması və fəaliyyəti ermənilərinin təhlükəsizliyinin əsas amilləridir və biz Rusiya Federasiyasının regionumuzda sülh və sabitliyin təmin edilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Amma bu gün vəziyyət dəyişib. Onlar regionda hadisələrə göz yumurlar”, – deyə Paşinyan hökumətin bu gün keçirilən iclasında vurğulayıb.