“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində bundan sonra Nikol Paşinyandan müsbət addım atılmayacaq”.
Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə FB hesabında qeyd edib:
“Cənubi Qafqazda ABŞ Rusiya arasında rəqabət yeni mərhələyə qədəm qoyub.
Ermənistan hakimiyyəti təhlükəli bir tendensiya ortaya qoyub. Sülh müqaviləsindən yayınmaq və müəyyən geosiyasi şərait müstəvisində “nəyəsə” nail olmağa çalışır. ABŞ erməni lobbisinin dikətəsi ilə həyata keçirdiyi Cənubi Qafqaz siyasəti uğurlu olmayacaq. Nə qədər ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamayıb, bu ölkə dalanda qalacaq.
ABŞ -ın Azərbaycana sanksiyalar tətbiq etməsi isə, istisnadır. Ümumiyyətlə, N. Paşinyan böhranlı və mürəkkəb bir siyasət ortaya qoyub. Bu, Ermənistan üçün müsbət perspektiv vəd etmir.
Ermənistan Azərbaycanla münaqişəni davam etdirəcəksə, Azərbaycan “Zəngəzur” dəhlizinin açılmasını təmin edəcək.
Rusiyanın mövqeyinə gəldikdə, Ermənistan hakimiyyəti Moskva ilə konfontrasiyaya gedir. Rusiyanın artıq Ermənistanda ciddi nəticələrə gətirəcək resursu olsa da N. Paşinyanın devrilməsi üçün gərəkən addımlar mümkün deyil. Sadəcə Ermənistanla iqtisadi əlaqələri aşağı sala bilər. Həmçinin bu ölkəyə qaz ixracını kəskin azaldar”.
Şayəstə