Ermənistanda qiyam başlayır – Paşinyan tərəfdarlarını meydana səslədi

31

Ermənistan Baş Qərargahının bəyanatı hərbi çevriliş cəhdidir.

Elchi.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan öz Feysbuk səhifəsində paylaşıb. O, bütün tərəfdarlarını Respublika Meydanına dəvət edib.

Paşinyan, həmçinin yaxın dəqiqələrdə birbaşa efirdə çıxış edəcəyini bildirib.

Qeyd edək ki, az öncə Ermənistan Baş Qərargah rəisi də daxil olmaqla, 40-dan çox yüksək çinli zabit Paşinyanın istefasını tələb edən bəyanat yayıb.