Paşinyan: “İlham Əliyevlə üz-üzə görüşməyə hazıram”

171

Ermənistanın baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsində Dağlı Qarabağ münaqişəsindən danışarkən Azərbaycan prezidenti İlham Əliyevlə üz-üzə görüşməyə hazır olduğunu bildirib.  

APA-nın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, N.Paşinyan həmçinin Ermənistanın Türkiyə ilə qeyd-şərtsiz diplomatik münasibətlər qurmaq niyyətində olduğunu bildirib.
Ermənistanın baş naziri müsahibəsində ölkəsindəki “məxməri inqilab”, hakimiyyət dəyişməsinin nəticələri, korrupsiya ilə mübarizə, Dağlıq Qarabağ münaqişəsi və Türkiyə ilə bağlı sərhədlər barədə danışıb.