Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan geri çağırılacaq.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
“Hraparak” qəzetinin mənbələrinə istinadən yaydığı məlumata görə, Sadoyanın yerinə 2015-2021-ci illərdə Ermənistanın Almaniyadakı səfiri olmuş Aşot Smbatyan təyin ediləcək.
A.Smbatyanın aqremanının Gürcüstana göndərildiyi bildirilir.
Qeyd edək ki, R.Sadoyan 2017-ci ilin oktyabrından Ermənistanın Gürcüstandakı səfiri vəzifəsində çalışır.