Paşinyan ermənilərdən qorxub geri ADDIM ATDI

41

Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanmayacağını bəyan edib.

Elchi.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yaydığı müraciətdə deyib.

“Heç bir sənəd imzalanmayıb və imzalanmayacaq. Bu, dost olmayan xarici qüvvələrin istiqamətləndirdiyi informasiya təxribatıdır”, – Paşinyan ermənilərə səslənib və onları təşvişə düşməməyə çağırıb.

Bir qədər əvvəl isə Nikol Paşinyan bəyan etmişdi ki, Ermənistan tərəfi müəyyən sənəd imzalamaq istəyir. Bu açıqlamadan sonra Ermənistan mediası Paşinyanın tezliklə sülh müqaviləsi imzalayacağını yazıb.

Sosial şəbəkələrdə baş qaldıran kütləvi etirazlardan sonra baş nazir geri addım ataraq, fikirlərini danıb.