“Prezident İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğanla görüşəcək.
Ermənistan Baş naziri Nikol Paşinyan yerli TV kanalına müsahibəsində Azərbaycanın ərazi bütövlüyünü tanıya biləcəyini qeyd edir. Qarabağ məsələsində Azərbaycanın oradakı ermənilərlə danışmalı olduğunu qeyd etdi”.
Elchi.az xəbər verir ki, bu fikirləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə FB hesabında bildirib:
“Paşinyan görünür tələb olunan Qarabağ məsələsini Azərbaycanın daxili işi kimi qəbul edib. Həmçinin, Azərbaycan bu məsələni Ermənistanla müzakirə etməyəcək tələbini qəbul edir. N. Paşinyan ehyam vurur ki, sülh danışıqlarında bu məsələni Azərbaycanla müzakirə etməyə bilər. Amma, N. Paşinyan bu gün dediyini sabah inkar edən siyasətçidir. Artıq Xankəndində separatçılar N. Paşinyana etiraz edir. Separatçılarla Yerevan arasında dərin uçurum yaranıb. Azərbaycan buna nail oldu.
Separatçı lider A. Arutunyan N. Paşinyanın mövqeyinə cavabında dedi ki, onsuzda Bakı ilə təmaslarımız var. Azərbaycan separatçıları sıxır və Ermənistandan tələb edir ki, danışıqlar masasında Qarabağ məsələsini unut.
Avropa İttifaqının siyasi Birliyinin Praqada iclasında N. Paşinyan prezident İlham Əliyev və Türkiyə prezidenti R. T. Ərdoğanla görüşəcək.
Bu, görüş Ermənistanın nə qədər səmimi olacağını və real sülh danışıqlarında addımları müəyyən ediləcək. R.T.Ərdoğanın N. Paşinyana nəsihət verməsi, regiondagedən prosesləri düzgün qiymətləndirməsini tövsiyə edəcək. Əksi isə, Ermənistanın növbəti məğlubiyyəti olacaq.
Ermənistan üçün belə bir ortamda Azərbaycan və Türkiyə ilə razılıqlar etməsi şansdır. Ermənistan müstəqil dövlət olmadığı üçün bu kimi önəmli görüşdən ciddi nəticənin olacağı proqnozlaşdırmaq çətindir. N. Paşinyan sözlərində səmimi olaraq siyasi iradə göstərib həyata keçirərsə, dövlətlərarası sülh müqaviləsi yaxın perspektivdə mümkün ola bilər”.
Yeganə