Paşinyanın “İsgəndər”lərlə bağlı açıqlamasına müəyyən güc dairəsinin növbəti antirusiya isteriyası səbəb olub ki, bunu da bir çox ekspert təsadüfi saymır.
Axar.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb. Qəzet artıq Ermənistanda 102-ci baza, eləcə də rusiyalı sülhməramlıların hədəfə çevrildiyini bildirib.
Məsələni şərh edən hərbi ekspert David Camalyan Paşinyanın sona çatdırmalı olduğu çox vacib tapşırıqdan bəhs edib:
“Söhbət antirusiya əhval-ruhiyyəsinin alovlandırılmasından, Rusiya faktoruna nifrətin səpilməsindən gedir. Müttəfiqə etimadsızlıq və nifrət təbliğatını o, sona qədər icra etməlidir. “İsgəndər”lə bağlı məsələdə məqsəd bu idi”.
Qeyd edək ki, Nikol Paşinyan müharibə vaxtı “İsgəndər”lərdən atılan raketlərin 90 faizinin partlamadığını bildirib.