Parlament hökumətə 8 gün vaxt verdi

32
Parlament hökumətə 8 gün vaxt verdi
Gələn ilin büdcə zərfi ilə bağlı parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 8 gün vaxt verilib.

Elchi.az APA-Economics”ə istinadən xəbər verir ki, spiker Oqtay Əsədov deyib ki, hökumət dekabrın 1-nə kimi qaldırılan məsələlərə baxa bilər və dekabrın 1-də büdcə layihəsi səsverməyə çıxarılacaq.

Maliyyə naziri Samir Şərifov deyib ki, millət vəkillərinin səsləndirdiyi təkliflər hökumətə çatdırılacaq və bu təkliflər dəyərləndiriləcək.