“Parisin mövqeyi Ermənistanı xilas etməyəcək”

39

“Fransa Ermənistan Azərbaycan sərhəddində baş vermiş lokal döyüşlərə görə BMT T Təhlükəsizlik şurasının iclasını çağırıb. 30 ilə yaxın BMT Təhlükəsizlik şurası işğala son qoymadı”.

Elchi.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə Feysbuk hesabında bildirib:

“Fransa Ermənistanın cəzalandırılmasını istəmirsə, Ermənistanın sülh müqaviləsinə imza atmasını tələb etməlidir. Fransanın anti-Azərbaycan siyasəti regionda Türkiyə və Azərbaycanın yeni geosiyasi reallıqlar yaratması və Parisin kifayət qədər geosiyasi mövqeyinin zəifləməsidir. Parisin bu mövqeyi Ermənistanı xilas etməyəcək. Ermənistanın xilası Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaqdır”.

Şayəstə