“Pandemiya hələ indi başlayır” — Baş infeksionist

1

ABŞ-ın baş infeksionisti və koronavirusla mübarizə üzrə işçi qrupunun baş mütəxəssisi Entoni Fauçi, qlobal pandemiyanın hələ yeni başladığını açıqlayıb.

 
Elçhi.az xəbər verir ki, Fauçinin sözlərinə görə, koronavirus ilə bağlı vəziyyət yaxın gələcəkdə daha da pisləşəcək, çünki hazırda infeksiya Braziliya, Cənubi Afrika və Asiyada təzəlikcə aktiv şəkildə yayılmağa başlayıb.


Bundan əlavə o bildirib ki, ABŞ hələ də vəziyyəti nəzarətə ala bilməyib. “Pis xəbər odur ki, bəzi ştatlar iqtisadi fəallığı bərpa etmək üçün məhdudiyyətlərin azaldılmasına çox tez başladılar. Bir çox insan, xüsusilə də gənclər tövsiyələrə əməl etmədilər. Nəticədə Kaliforniya, Arizona, Florida və Texas kimi ştatlarda yoluxma hallarının artdığını görürük “,-deyə Fauçi bildirib.

 
Fauçinin sözlərinə görə, qlobal COVID-19 pandemiyasının dayandırılması o halda mümkündür ki, ölkələr birlikdə mübarizə aparsınlar. Əks təqdirdə, koronavirusun daha bir neçə ay aktiv şəkildə yayılmağa davam edəcək.(qafqazinfo.az)