Bakı-Tbilisi-Ceyhan sisteminin tam istismara verilməsindən 16 il ötür.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında yazıb.
Nazir qeyd edib ki, bu müddətdə BTC ilə 463 mln. tonu Azərbaycan nefti olmaqla ümumilikdə, təxminən, 518 mln. ton neft nəql olunub.