Pərviz Şahbazov: “Azərbaycanın elektrik enerjisi istehsalı 2,3% artıb”

59

Bu ilin 6 ayında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 2.3% artaraq 13 520,5 mln. kVt/st təşkil edib.

Elchi.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında yazıb.

Nazir əlavə edib ki, hesabat dövründə ölkənin elektrik enerji ixracı 664.1 mln. kVt/st, idxalı isə 71,1 mln. kVt/st olub. Bu ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 205,3 mln. kVt/st artımla 1162,7 mln kVt/st elektrik enerjisi istehsal edilib.