Özünü güllələdi, barmaqları amputasiya olundu

35

Qəbələ Rayon Polis Şöbəsinə rayon sakini Veysəl Rüstəmovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması və iki ayaq barmağının amputasiya edilməsi ilə bağlı məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Elchi.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə həmin şəxsin odlu silahla ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib və ondan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.