“Şiddəti dəstəkləmir, əksinə Azərbaycan əsgərinin Türk törəsinə sadiqliyindən yanayam. Ancaq ki, kimsə məlum videolara görə, Azərbaycanı və onun ordusunu ittiham etsə də, nəyəsə nail ola bilməz”.
Elchi.az xəbər verir ki, bi fikirləri siyasi şərhçi Həşim Səhrablı FB hesabında qeyd edib:
“Öncə gedib 1990-cı illərin, elə bugünlərinin hesabını versinlər, sonra bizim şərəfli əsgərimizə dil uzadarlar. Azərbaycan cəmiyyəti isə, həmişəki kimi tolerantlığın dozasını özümüzə qarşı güllə kimi istifadə edir. Məgər azmı Azərbaycan şəhidlərinə qarşı zorakılıq edirlər? Siz də ermənilər kimi bunun əleyhinə kompaniya başladın. Erməni kompaniyasına qatılmayın… Yeri gəlmişkən, eyni videoları ABŞ, Rusiya, İngiltərə, Fransa və.s bütün ölkələrin ordusunda daha əzazil və qəddar formada görürük. Özümüzə cəllad olacağımıza, başqasına ədalət olaq!”.
Şayəstə