Özəl təhsil müəssisələrinə 5,8 mln. manat dəstək göstərilib

15

Son 3 ildə təhsil sahəsində fəaliyyət göstərən biznes subyektlərinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 5,8 mln. manat məbləğində maliyyə dəstəyi göstərilib.

Elchi.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Tvitter” hesabında paylaşım edib.

2021-ci ildə “Hədəf liseyi” MMC-yə məxsus bağça-lisey tipli təhsil kompleksinə 850 min manat güzəştli kredit ayrılıb.