Ombudsman nümayəndələri 13 yaşlı qızla görüşdü

51

Ombudsman nümayəndələri Bakıda ana olmuş 13 yaşlı qızla görüşüblər.

Ombudsman Aparatından Elchi.az-a verilən məlumata görə, 13 yaşlı qızın ana olması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb.

Ombudsmanın tapşırığına əsasən, aparatın əməkdaşları, həmçinin psixoloqu həmin qızla görüşərək onun və doğulan körpənin səhhəti ilə maraqlanıblar:

“Eyni zamanda, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlanıb”.