Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı

57

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış pasiyentlər arasında vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 812 248 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 867 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 576 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1841, bu günə qədər isə ümumilikdə 7 147 186 test icra olunub.