Tərlan EYVAZOV
1994-cü il yanvarın sonlarında Tərtər-Ağdərə cəbhəsində vəziyyət çox gərginləşmişdi. Bu döyüşlərin növbəti ildönümündə dostlarımızla yaddaşımda olan bəzi xatirərlərimi bölüşmək istərdim. Mərhum yazar, “əfqan” dostum Zakir Sadatlının təbirincə desək:
ÖLƏNLƏRİN XATİRƏSİNƏ, QALANLARIN YADDAŞINA…
776 saylı hərbi hissə 1993-cü ilin döyüşlərindən, siyasi keşməkeşlərdən sonra Bakı ətarfındakı hərbi şəhərciyə qayıtmış, yeni ştat cədvəlinə uyğun olaraq təşkilatlanmağa başlamışdı. Əvvəlki ştatdan fərqli olaraq indi hissə Xüsusi Təyinatlı Kəşfiyyat Dəstəsi adlanırdı (XTKD). Hissənin ştatı kəşfiyyat hissələrindən fərqli olaraq 903 nəfərdən ibarət idi. Bu sovet dönəmi ilə müqayisədə az qala bir alay səviyyəsində idi. Dəstə 4 kəşfiyyat , 1 rabitə, 1 komendant, həmçinin sürücü, təmir, aşbaz taqımlarını birləşdirən 1 təhcizat bölüyündən ibarət idi. Komandirin 4 müavini, həmçinin bütün xidmətlərlə yanaşı ştaba daxil olan opretiv kəşfiyyat şöbəsi fəaliyyət göstərirdi. Kəşfiyyat bölüklərinə 3 kəşfiyyat və 1 minaatan taqımı daxil idi. Taqımlar o dövr üçün bütün atıcı silah növləri ilə təmin edilmişdi. Həmçininin minaatan taqımlarının hər bir bölməsi 3 minaatanla təchiz olunmuşdu. Bu da özlüyündə hər bir kəşfiyyat taqımının avtonom şəkildə minaatan dəstəyi üçün kifayət idi. Hər bir taqımın özünə məxsux ZİL-131 avtomobili var idi. Hissənin əsas heyəti döyüşlərdə bərkimiş təcrübə qazanmış hərbçilər idi. Əlavə olaraq isə 1993-cü ilin payızında təlim mərkəzlərindən normal təlim görümüş, seçilmiş əsgərlər hissəyə cəlb olundu.
1993-cü ilin yayından yanvar döyüşlərinə qədər döyüşçülərimiz hər gün ən azı 12, 14, bəzən 16 saat təlim keçirdilər. Əgərlər fiziki hazırlıqla, digər peşə hazırlığı ilə yanaşı, həmçinin bütün silahlardan sərrast atəş açmağı öyrənmişdilər. İndi yazacağım fakt haqqında hələ heç yerdə danışılmayıb.
1993-cü il iyul ayında indiki nazirimizin qardaşı polkovnik Eldar Həsənov MN Kəşfiya İdarəsinə rəhbərilik edirdi. Biz onun tabeliyində idik. Eldar müəllim öz şəxsi əlaqələrindən istifadə edərək QRU zabiti olan bir həmyerlimizin köməyi ilə oradan bir qrup peşəkar zabiti əsgərlərimizin hazırlığı üçün dəvət etmişdi. Bu zabitlər Rusiya hakimiyyətindən gizlin olaraq öz məzuniyyətləri hesabına bizimlə 1 ay ərzində məşğul oldular. Mən tam mübağiləsiz deyə bilərəm ki, bu zabitlərin peşə hazırlığı məni heyran etdi.
Müdafiə Nazirliyi həmin vaxtlarda gərgin döyüşlərin getməsinə baxmayaraq bizim hissəni, həmçinin polkovnik F.Şabanovun komandanlığı altında yaranmaqda olan 172 saylı hərbi hissəni düzgün olaraq ehtiyatda saxlayırdı. Nəhayət, bizim növbəmiz də çatdı. Ən əvvəl N.Sadıqovun ambisiyalı sərəncamına görə 776 saylı hərbinin hissə xətt taboru kimi 772 -nin tərkibinə veriləməsi məsələsi gündəmə gəldi. Amma kəşfiyyat idarəsinin tutarlı arqumentlərindən sonra bizim hissəyə xüsusi tapşırıq verildi. Məlumdu ki, həmin dövrdə Horadiz istiqamətində qoşunlarımız xeyli irəliləmiş, bir çox mənətəqələrimizi işğaldan azad etmişdi. Amma bu döyüşlər asan başa gəlməmişdi…
İtkilər olmuş, döyüşçülərimiz yorulmuşdular. 776 saylı hərbi hissəyə verilən əmrə əsasən dəstə Füzuli istqamətində qruplar şəklində düşmən arxasına keçib ermənilərə zərbə endirməli, sonra isə bizmkilərin hücumu üçün şərait yaratmalı idi. Plan tam məxvi saxlanırdı. Hətta hissə rəhbərliyinin bundan xəbəri yox idi. Ona görə əvvəlcədən aldadıcı manevr kimi bizə hay küylə Bərdəyə istiqamət götürmək əmr olundu. Yanvar ayının 27-də hissəmiz dövrünə görə ən yaxşı təhciz olunmuş, ən hazırlqılı hissə kimi cəbhəyə yola düşdü.
Bu hadisələri xatırlayarkən komandirmiz polkovnik Eldar Ağayevin meydanda öz əsgərləri qarşısandakı çıxışını böyük fəxarət və qüssə ilə xatırlayram.”Biz millət dyilik, biz gerizəkalıq” deyən bəzilərimiz kaş ki, bu mənzərinin şahid olaydılar. Ömrü boyu Vətəndən kənarda xidmət etmiş, Vətənin dar günüdən onun harayına gələn, ölənə qədər vətənindən hətta iki otaqlı mənzil belə almayan bu şərəf simvolu, bu azəri balası hələ tam öyrəşmədiyi ana dilində əsgərlə necə müaricət etdi… Bunu yalnız görmək və eşitmək lazım idi…
Təkcə bir fakt deyim ki, silahdan əlavə hər bir əsgərin üç komplekt geyim forması, həmçinin təzə qış geyimi var idi. O dövdə xidmət edən zabitlərimiz bunun neçə çətin başa gəldiyini bilirlər. O vaxt komandirin arxa cəbhə üzrə müavini kimi ordu anbarlarına “süpürgə çəkib” hamısını ala bilmişdim.
Həmin gün müəyyən tapşırıqları yerinə yetirmək üçün mən şəhərcikdə qalmalı oldum. Axşam Rusiyanın “Vesti”proqramı bu hadisəni işılqlandıraraq belə bir ifadə işlətdi: “Azərbaycan otpravil na front svoyu samuyu otbornuyu çast”
Rəhbərliyin bu hərbi fəndi özünü doğrultdu. 28-nə keçən gecə bizim hərbi hissə maşınların işıqlarını söndürərək Tər -Tərdən çıxıb Füzuli istiqmətinə yola düşüdü. Cəbhə xəttinə çataraq hərbi əməliyyatın hazırlığına başladı. AMMA… qeyd etdyim kimi bu fənd alındı və super effekt verdi. MN-dən bizə təhkim olunmuş mərhum general Alayarov təcili olaraq geriyə Tərtərə dönməmizi əmr etdi. Komandiə xitabən: “Aqayev, zavaril kaşu, tebe i zaxlyobıvat” dedi… sən demə ermənilər döğrudan da bu fəndə inanmış və bütün qüvvələrini Tərtər-Ağdərə cəbhəsinə yönəldərək gözlənilmədən zərbə endirməklə Tərtər və Bərdəni işağl edərək Yevlaxa çıxmağı planlaşdırırmışlar. Artıq Füzuli istiqmətində hücumdan söbbət belə gedə bilməzdi. Durum həddən artıq kritik idi. Ona görə də 776 saylı hərbi hissə təcili geriyə Tərtərə qayıdaraq Şəhriyar (Marquşevan) kəndində yerləşdi və düşmənə əks-zərbə vurmaq üçün hazırlandı..
(ardı var)