Afrikada fəaliyyət göstərən Boko Haram terror təşkilatının lideri Əbubəkr Şekaunun yeni görüntüləri yayılıb.
Axar.az xəbər verir ki, yayılan görüntülərdə Şekau ölmədiyini, mübarizəni davam etdirdiyini bildirib. ABŞ və Qərbi təhdid edən baş terrorçu yaxın zamanlarda islam dəyərlərinə söykənən yeni bir dövlət quracağını elan edib.
Xatırladaq ki, bir müddət öncə təşkilatın lideri Əbubəkr Şekau kimi tanınan Məhəmməd Bəşirin öldürüldüyü barədə xəbərlər yayılmışdı.
– See more at: http://axar.az/news/31057#sthash.jZJ3pbCQ.dpuf