Nüvə müharibəsində heç kim qalib olmayacaq və bu müharibə heç vaxt başlamamalıdır.
Elchi.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi konfransının iştirakçılarına müraciətində deyib.
O qeyd edib ki, Rusiya Federasiyası Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə ardıcıl şəkildə əməl edir.
“Müvafiq silahların azaldılması və məhdudlaşdırılması ilə bağlı ABŞ-la ikitərəfli müqavilələr üzrə öhdəliklərimiz də tam yerinə yetirilib”, – deyə Putin əlavə edib.