Qazaxstan parlamentinin millət vəkilləri paytaxtın əvvəlki adının qaytarılmasını təklif edib.
Elchi.az xəbər verir ki, “Yeni Qazaxıstan” partiyasının deputatları paytaxt Nur-Sultan şəhərinin yenidən Astana adlandırılmasını istəyir.
“İnsan həyatda olarkən onun adının bir şəhərə verilməsini yanlış hesab edirik. Xalq da paytaxtın yeni adını qəbul etməyib”, – deyə partiyadan bildirilib.
Xatırladaq ki, Qazaxıstanın paytaxtı 2019-cu ildən Nur-Sultan adlandırılıb.