Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 9,4 milyon manat vəsait xərclənəcək.
Elchi.az dövlət vahid elektron satınalmaları portalına istinadən xəbər verir ki, “Azərsu” ASC bununla bağlı keçirdiyi tenderə yekun vurub. Tenderin qalib “Archico” MMC seçilib.
Şirkətlə 2025-ci ilin sonuna qədər olan dövrü əhatə edən müqavilə üzrə 9 milyon 377 min manatlıq müqavilə imzalanıb.