Növbəti monitorinq olacaq

181
SHARES
317
VIEWS

>

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 25-də Füzuli rayonu Horadiz kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bunu da oxuyun

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Mixail Olaru və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Aleksandr Nepotkrıtıx keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç, Martin Şuster və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Patrik Farrelli keçirəcəklər.

Bənzər yazılar

Next Post

Son xəbərlər