Növbəti Brüssel görüşü: Masada nələr var?

64

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə sabah növbəti dəfə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Görüşdən hansı nəticə əldə oluna bilər?

Elchi.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu paylaşım edib:

“Liderlər Şarl Mişelin vasitəçiliyi ilə son dəfə Brüsseldə bu ilin mayın 22-də görüşüblər. O görüşdə razılaşdırılan məsələlərin heç biri ilə bağlı irəliləyiş yoxdur. Nikol Paşinyan razılaşmaları yerinə yetirmir, radikal müxalifətin onu devirəcəyindən çəkinir. Bu dəfə də Brüsseldə hansısa şifahi razılaşmalar əldə oluna bilər, ancaq bunların da yerinə yetiriləcəyi ehtimalı yüksək deyil. Brüsseldə ən yaxşı nəticə sülh sazişinin hazırlanmasıyla bağlı üçtərəfli işçi qrupun yaradılması ola bilər”.

Yeganə