Ermənistan baş naziri Nikol Paşinyanın “Mənim addımım” fraksiyasından olan deputat Anuş Beqloyan erməni jurnalistlərin tənqidinə tuş gəlib.Azvision.az xəbər verir ki, o, jurnalistin müharibədən sonra Azərbaycan ərazilərində saxlanılan diversiya qrupu barədə sualına sualla cavab verib:
“Jurnalist deputat Anuş Beqloyandan məhbusların geri qayıtması barədə soruşub, Beqloyan isə yersiz şəkildə sualı suala cavablandıraraq deyib – “Niyə 30 ildir Ermənistanın əvvəlki rəhbərliyi Qarabağ problemini həll etmirdi?”.
Erməni deputat bu səbəbdən yerli KİV və sosial şəbəkələrdə tənqid olunur.