Nikolun “İsgəndər” açıqlamasına Rusiyadan cavab – Video

4

Ermənistan Baş naziri Nikol Paşinyanın “İsgəndər”lərin partlamaması haqqında bəyanatları onun səriştəsizliyindən xəbər verir.

Axar.az xəbər verir ki, bunu rusiyalı deputat Dmitri Sablin deyib. O, “İsgəndər” raketlərinin ən yaxşılardan sayıldığını bildirib.

Deputat Paşinyanın belə çıxışına digər səbəbin Sorosla bağlı olduğunu söyləyib:

“Sorosun metodları Paşinyanı məyus etdi. Bu, küçənin yad, düşmən ssenari əsasında gözəl şüarlarla ölkəni məhv edəni hakimiyyətə gətirməsinə daha bir sübutdur”.

Rusiya Dumasının Müdafiə Komitəsinin sədrinin müavini Viktor Zavarzin isə Paşinyanın “İsgəndər”lərlə bağlı sözlərinin tam yalan olduğunu bildirib. Deputat Paşinyanın bununla Dağlı Qarabağ konfliktinin nəticələri ilə bağlı öz günahsızlığını sübut etməyə çalışdığını vurğulayıb.

Qeyd edək ki, ötən gün Nikol Paşinyan açıqlamasında İkinci Qarabağ savaşı zamanı “İsgəndər”dən atılan raketlərin yalnız 10 faizinin partladığını, 90 faizinin partlamadığını bildirib.