Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün çoxlu içki qəbul etməsi və sərxoş olması ilə bağlı “Nyus Media” holdinqin təsisçisi Aram Qabrelyanov geniş açıqlama yayıb.
Elchi.az xəbər verir ki, o, hadisə haqda Teleqram kanalında ətraflı bəhs edib.
“Nikol dünən bütün günü içib. Bir neçə dəfə masa arxasında yuxuya gedib. O, tək içib. Cangüdənləri bəzən onlara göz qoyub, çünki Nikol intihar meyilli söhbət edib”, – Qabreylanov yazıb.
O deyib ki, Baş nazirin şəxsi həkimi onun dəlilik ərəfəsində olduğunu başa düşür, lakin Nikola güclü psixotrop dərmanların verilməsini qəti şəkildə qadağan edir:
“Təxminən üç həftə öncə spirtli içkiləri psixotrop maddə ilə qarışdırdıqdan sonra iqamətgahda qalmaqal yaradan Paşinyanı mühafizəçiləri “bağlamaq” məcburiyyətində qalıb.
Həkimlərin tövsiyəsi ilə mühafizəçilər Paşinyana spirtli içki verərkən onu pis xəbərlərdən təcrid edirlər. Və dünən axşam təsadüfən cavan gözətçidən telefon tələb edən sərxoş Nikol Hadrut bölgəsində baş verənlər barədə xəbərləri izlədikdən sonra qəzəblənərək bağırmağa və təcili olaraq müdafiə nazirini, Milli Təhlükəsizlik Xidmətinin rəhbərini və polisi çağırmağı tələb edib.
Sərxoş Paşinyan uzun müddət bağıraraq Onik Qasparyanı xain kimi qovacağını bəyan edib. Daha sonra Paşinyan “sevimli xalqı”nın qarşısına çıxmaq üçün ona icazə verilməsini tələb edib. Nikol yenə də xalqın onu sevdiyindən və hər şeyi korrupsioner siyasətçilərin və küçələrə çıxan minlərlə satın alınmış insanın korladığından əmindir.
Təhlükəsizlik Xidmətinin rəhbəri qərara alır ki, baş naziri hökumət binasına aparmaq və “canlı yayım” adı altında aparıb, qanını təmizlətsin və güclü sakitləşdirici dərman verdirsin. Yolda Nikol avtomobildən qarışıq bir dildə müxalifət ilə məsələni birdəfəlik həll etmək üçün polis bölmələrinin küçəyə çıxarılmasını tələb edib.
Bunu görən Təhlükəsizlik Xidmətinin rəhbəri mühafizəni gücləndirib. Nikol vaxtaşırı dodaqaltı mırıldanıb və nəsə bağırıb.
Daha sonra Sasun Xaçatryan gəlib canlı yayımın baş tutacağı təqdirdə insanların ayağa qalxacağına və hakimiyyətin sonunun gələcəyinə dair bağırmağa başlayıb. Arman Babacanyan Paşinyana jurnalistlərin onu canlı yayıma çıxarmaq üçün gəldiklərini bildirdikdən sonra Nikol bir az sakitləşib.
Qanı təmizlənən və bədəninə güclü sedativ preparatların daxil olmasından sonra Nikol avtomobilinə mindirilib və hadisə yerindən uzaqlaşdırılıb”.
Qetd edək ki, sərxoş olması səbəbindən Nikol Paşinyan ötən gün TŞ-nin iclasını keçirə bilməyib.
Yalnız bu gün parlament fraksiyalarının iştirakı ilə TŞ-nin toplantısı baş tutub.