Nigeriyada qayığın aşması nəticəsində 17 nəfər ölüb

60

Nigeriyanın cənubunda qayığın aşması nəticəsində 17 nəfər ölüb.
“News Agency of Nigeria” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyinin nümayəndəsi İbrahim Farinloy bildirib.
“Axtarış işləri başa çatıb, sudan 17 nəfərin meyiti çıxarılıb”, – deyə agentlik nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, hadisə iyulun 8-də ölkənin Laqos ştatında baş verib. Ötən gün yerli orqanlar dörd nəfərin öldüyünü bildirmişdilər.