Nensi Pelosinin timsah göz yaşları

35

“Avropada reformasiya hərəkatının banisi, Alman reformizminin lideri, dini islahatçı Martin Lüterin bir neçə əsr öncə işlətdiyi, lakin müasir dövrümüzü də özündə əks etdirən belə bir ifadəsi var:
“Yalan həmişə ilan kimi qıvrılır. İlan isə sürünməyindən və yaxud sakitcə uzanmağından asılı olmayaraq, heç bir zaman düz olmur. Yalnız öləndə ilan düzdür və hiylə, riyakarlıq etmir”.
Məlum olduğu kimi, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistanda səfərdədir. Səfər çərçivəsində o, qondarma “erməni soyqırımı”na qoyulmuş abidəni ziyarət edib, baş verən sözdə hadisəyə görə göz yaşı axıdıb”.

Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Turan Rzayev FB hesabında qeyd edib:

“Pelosinin “erməni soyqırımı”na qoyulmuş abidəni ziyarət edib burada gözyaşı axıtması riyakarlığın, saxtakarlığın son həddidir. Mən əminəm ki, iki əsir öncə baş verən bu hadisə haqqında ümumiyyətlə onun məlumatı yoxdur.
Ancaq başda Nensi Pelosi olmaqla hər birimizin bildiyi tarixi gerçəklər də var. Misal üçün ABŞ-ın hindulara qarşı törətdiyi soyqırım kimi.
Hindu soyqırımı ABŞ-ın rəsmi dövlət siyasəti olub. ABŞ arxivlərini araşdıranlar bu barədə xeyli sayda sənədi asanlıqla əldə edə bilərlər.
Amerikalılar hindulara qarşı ümumilikdə 65-dən artıq qətliam həyata keçiriblər. Son qətliam isə 1911-ci ildə baş verib. Onuda deyim ki, ABŞ-ın Texasdakı Hindu Soyqırımı Muzeyində qeyd etdiyim 65-dən artıq qətliam barədə kifayət qədər faktlar saxlanılmaqdadır.
1945-ci ildə isə ABŞ-ın Yaponiyanın iki böyük şəhərinə – Xirosima və Naqasakiyə atdığı atom bombası nəticəsində 500 min insan ziyan çəkib. Bu insanlar arasında azyaşlı uşaqlar, qocalar, qadınlar var idi. Onlardan təxminən 300 minə qədəri ölmüş, 200 mindən artıq insan yaralanmış, eyni zamanda insanların şəxsi mülkləri dağıdılmışdı və bu günə kimi həmin şəhərlər radiolakasiyadan əziyyət çəkməkdədir.
Bundan başqa, ABŞ-ın Vyetnamda, Koreyada, Kambocada və Laosda, İraqda törətdiyi qətliamlar barədə faktlar da dünya ictimaiyyətinin yadından çıxmayıb.
Bütün bu baş verən soyqırımları nəzərə aldıqda indi Nensi Pelosinin gəlib 2 əsr bundan əvvəl nəyə görə öldüyünü belə bilmədiyi insan üçün üçü “ağlaması” saxtakarlıq, riyakarlıq, timsah göz yaşından başqa bir şey deyil!”.

Şayəstə