18:24
ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın hava məkanına daxil olub.
“Flight Radar 24” xəbər verir ki, siyasətçinin təyyarəsinin Tayvanın paytaxtı Taybeydə enəcəyi gözlənilir.
***
Çin Tayvan boğazı istiqamətində Su-35 qırıcıları göndərib.
***
Nensi Pelosinin olduğu təyyarə Tayvanın paytaxtı Taybeyə eniş edib.
Onun təyyarəsini ABŞ qırıcıları müşayiət edib.
***
Tayvanın paytaxtı Taybeyin Sunşan hava limanında ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosini qarşılama mərasimi keçirilib.
Məlumata görə, 82 yaşlı siyasətçini Tayvan rəsmiləri qarşılayıb.