Nensi Pelosi İrəvana nə üçün gəlir?-ŞƏRH

51

“ABŞ Konqresinin Nümayəndələr Palatasını Spikeri Nensi Pelosinin İrəvana səfər edəcəyi barədə Amerikanın erməni diasporuna yaxın olan mənbələr məlumat verib. Səfərin baş tutacağı barədə rəsmi təsdiq yoxdur. Guya bunu təhlükəsizlik baxımdan gizli saxlayırlar. Onun qalmaqallı Tayvan səfəri də belə sirr pərdəsi ilə örtülmüşdü və son dəqiqələrə qədər bu Tayvan səfərinin baş tutacağı barədə ziddiyyətli fikirlər dolaşırdı. Çin tərəfindən ola biləcək real təhlükəni nəzərə alsaq onun bu cür addım atmasını həyatı üçün ola biləcək təhlükə ilə əlaqələndirilməsi dünya ictimaiyyəti tərəfindən qəbul edildi”.

Elchi.az bildirir ki, bu barədə politoloq Əlimusa İbrahimov FB hesabında qeyd edib:

“Bəs görəsən İrəvana səfəri zamanı Pelosini hansı təhlükə gözləyir? Düşündüyüm qədər regionda Pelosinin İrəvana istiqamət götürəcək təyyarəsini Rusiya da daxil olmaqla heç kim vurub aşağı salmaq istəmir. Çünki Tayvandan fərqli olaraq Ermənistan ərazisinə iddia edən dövlət hələlik yoxdur. Belə olan halda ömrünün sonuna yaxın siyasətlə daha ciddi məşğul olmağa başlayab aləmi qarışdıran bu xanımın İrəvana səfərinin gizli saxlanılmasında məqsəd nədir?
Görünən odur ki, ABŞ-dakı erməni lobbisi Amerika hakimiyyət dairələrində Ermənistana səfər etmək və Paşinyanın başına ağıl qoymaq üçün daha ciddi namizəd tapmayıblar və ya bu missiya üçün nəzərdə tutulan məbləğə yalnız Pelosi razılıq verib.
Ola bilər ki, Nensinin heç nəzərdə tutulmayan səfəri haqqında feyk məlumat verərək onu fakt qarşısında qoymaq və bununla da səfərə nail olmaq istəyiblər. Bu məsələdə Amerika Erməni Assembleyası və onun həmsədri Antoni Barsamian daha ciddi fəallıq göstərir.
İstənilən halda biz Nensi Pelosinin İrəvana baş tutacaq səfəri haqqında mülahizə yürütmək istərdik. Düşünürəm ki, bu səfər 30 ildən artıq Azərbaycana qarşı Amerikanın yeritdiyi ikili standartların davamıdır. Belə olmasaydı Pelosi İrəvanla birlikdə Bakıya da səfər edərdi və vəziyyəti yerindəcə ədalətli şəkildə qiymətləndirmək imkanı əldə edərdi. Deməli, Pelosi münaqişəni aradan qaldırmaq üçün deyil , onu daha da qızışdırmaq üçün, ermənilərə Azərbaycana qarşı təxribatlarını davam etdirməkdə dəstək ifadə etmək məqsədi ilə Ermənistana səfər edir. Beləliklə bu səfər xeyirxah məqsəd güdmür. Tayvana səfərdə olduğu kimi.
Onun bu səfərini, əgər baş tutacaqsa, nəticəsi Ermənistana daha acınacaqlı nəticələr verəcək. Çünki, Amerika hakimiyyət dairələridə Pelosinin nə qədər özbaşına hərəkət etdiyini sübut etməyə çalışsalar da, bu Rusiya tərəfindən düşmənçilik aktı kimi qiymətləndiriləcək və təbii ki, kötək Pelosiyə deyil, Paşinyana dəyəcək.
Pelosi onsuz bu gün sabahlıqdır və əlindəki çəkicini itirməyə çox az qalıb. Vay Paşinyanın halına”.

Şayəstə