Bakıda “Neftçi” və Avstriyanın “Rapid” komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda 2-ci qol vurulub.
Elchi.az-ın məlumatına görə, “ağ-qaralar”ın yarımmüdafiəçisi Kenni Sayef 60-cı dəqiqədə komandasının üstünlüyünü artırıb.
UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “Rapid” (Avstriya) oyununda hesab açılıb.
Elchi.az xəbər verir ki, “Bakcell Arena”da oynanılan görüşdə hesabı “Neftçi” komandası açıb. Oyunun 44-cü dəqiqəsində Ataa Caber fərqlənib.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.
“Neftçi” və Avstriyanın “Rapid” (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Elchi.az xəbər verir ki, “Bakcell Arena”kı qarşılaşma saat 21:00-da start götürüb. Görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də Vyanada olacaq.