Martın 1-də Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 36,48 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 33,72 dollar təşkil edib.
Qeyd edək ki, dünən günün əvvəlinə Brent və WTI-nin qiymətləri müvafiq olaraq 35,51 və 32,95 dollar təşkil etmişdi.