Nazir: Yoluxmalar artsa, siniflər bağlana bilər

33

Təhsil naziri Emin Əmrullayev koronavirusa yoluxmaların artması fonunda məktəblərin sentyabrda açılmayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Elchi.az xəbər verir ki, o bildirib ki, pandemiya dövründə sürprizlər həmişə olur.

“Artıq iki il ərzində kifayət qədər təcrübə toplamışıq. Ötən il təhsili ümumilikdə dayandırmadıq. Düşünürəm ki, yoluxmalar artarsa, yenə həmin təcrübə tətbiq oluna bilər. Payız aylarında yoluxma arta bilər. Bu, ayrı-ayrı məktəblərdə siniflərin müvəqqəti bağlanmasına səbəb ola bilər. Lakin təhsilin tamamilə bağlanması nəzərdə tutulmur”, – nazir vurğulayıb.